Beynəlxalq axtarışda olan Ceyhun Mərdəliyev Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Beynəlxalq axtarışda olan Ceyhun Mərdəliyev Azərbaycana gətirildi

Kriminal

13 Fevral 2025 18:34 428


Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir.

Məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Ceyhun Dadaxan oğlu Mərdəliyevin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Bolqarıstan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. pizza

Ceyhun Mərdəliyevin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Fevralın 7-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ceyhun Mərdəliyev Bolqarıstandan ölkəmizə gətirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!