Bəzi ailələrə 1000 manat yardım ediləcək

saytların hazırlanması

Evə çatdırılma

Bəzi ailələrə 1000 manat yardım ediləcək

Sosial

14 Dekabr 2020 15:36 1343


Bu sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 (bir min) manat məbləğində yardım ediləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 14-də imzaladığı 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!