“Bəzi insanlar öz vəzifələrindən, nüfuzlarından istifadə edərək...“   - ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Bəzi insanlar öz vəzifələrindən, nüfuzlarından istifadə edərək...“ - ETİRAZ

Sosial

20 Dekabr 2020 11:14 1030


Məlum olduğu kimi, Azərbaycan dövləti artıq işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, məcburi köçkünlərin öz dədə-baba yurdlarına geri qaytarılması üçün proqramlar hazırlayır. Hətta bugünlərdə Xankəndinə 12 min azərbaycanlının köçürüləcəyi haqda da fikirlər səsləndirildi.

Doğma yurdları işğaldan azad olunan xeyli məşhurlar var. Bəs onlardan kimlər həmin proqrama qatılmağı, köçüb doğma yurdunda yaşamağı, yaratmağı düşünür?

Yenisabah.az saytının baş redaktoru, əslən Cəbrayıldan olan tanınmış jurnalist Seymur Verdizadə Musavat.com-a bildirib ki, dövlət tərəfindən təşkil olunacaq proqram daxilində öz yurduna geri qayıtmağı düşünür: Dominos pizza

“Təbii ki, həmin proqramın şərt və təkliflərini əvvəlcədən nəzərdən keçirmək lazımdır. Buna rəğmən Cəbrayıla qayıtmaq fikrimdə qalıram. Əhd etmişəm ki, Cəbrayıla geri dönsəm maddi imkanım çərçivəsində orada bir ev tikib həmin evi Qarabağ qazisi və yaxud şəhid ailəsinin ixtiyarına verim. Geri qayıtmağa gəldikdə isə dövlətimiz nə zaman icazə verəcəksə, o zaman da gedəcəm. Hələ ki həmin ərazilər minalardan təmizlənməyib. Buna baxmayaraq, bəzi insanlar öz vəzifələrindən, nüfuzlarından istifadə edərək, işağldan azad olunmuş ərazilərə gedirlər ki, bu da bəzi hallarda faciə ilə nəticələnir. Bu baxımdan həmin insanlara səslənirəm ki, yollar minalardan təmizlənməmiş, dövlət icazə verməmiş, o ərazilərə getməsinlər. Onlar bu hərəkətləri ilə cəmiyyətə pis nümunə olurlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!