"Ukraynadakı vəziyyətlə əlaqədar aprelin 5-də Aİ-də Rusiyaya qarşı yeni sanksiyalar paketi müzakirə olunacaq".
Yenisabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə komissarı Cozep Borrell İspaniyanın “COPE” radiostansiyasına müsahibəsində bildirib:
"Bu gün biz yeni sanksiyalar paketini təsdiqləmək niyyətindəyik, lakin biz hələ də enerji məsələsində nə edəcəyimizi müzakirə edirik" Marqarita pizza
Onun sözlərinə görə, Aİ-də Rusiya qazından imtina məsələsində konsensus yoxdur:
“Yekdil qərar qəbul etmək mümkün deyil, çünki bir çox ölkələr buna qarşıdır. Məsələn, Macarıstan bu məsələyə veto qoyacağını bəyan edib.
Sizdə olmayandan imtina etmək asandır, lakin Rusiya qazının tədarükündən ciddi şəkildə asılı olan ölkələr üçün bunu etmək çox çətindir”.
Telegram kanalımız