Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi: “Siyahı hazırlanır...”

saytların hazırlanması

Evə çatdırılma

Bilal Əliyev söyüş söydüyü videoları yayanları hədələdi: “Siyahı hazırlanır...”

Şou

05 Sentyabr 2022 17:36 1010


“Hamısını məhkəməyə verəcəyəm”.

Yenisabah.az xəbər verir ki, bunu “Qaynarinfo”ya açıqlamasında Xalq artisti Bilal Əliyev deyib. O, “TikTok”da izləyicilərini təhqir etməsi ilə bağlı yayılan videolardan danışıb.

Xalq artisti bildirib ki, həmin videoları digər sosial şəbəkələrdə yayan izləyicilərin hər birini məhkəməyə verəcək: Sezar pizza

“Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki... Ona görə də həmin izləyicilərə elə cavab vermişəm”.

Qeyd edək ki, Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir edib və həmin videolar sosial şəbəkələrdə geniş yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!