Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "TikTok"da Xalq artisti Bilal Əliyevə təhqirməmiz sözlər yazanlara səslənib.
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, sənətçi sosial şəbəkədə video paylaşaraq istifadəçilərdən bunu dayandırmağı rica edib:
""TikTok" platformasında olan əziz gənclər, sizdən bir xahişim var. Bilal Əliyevin səhifəsinə təhqiramiz sözlər yazmağa son qoyasınız. Ən azından respublikamızın Xalq artistidir və neçə illərin sənətkarıdır. Onun yaşına, sənətinə, illərinə hörmət edib, təhqirlər yazmayın. pizza
Ümid edirəm ki, xahişimə hörmətlə yanaşıb, bu şeylərə son qoyacaqsınız. Ona görə ki, olmaz. Artıq videolar yayılır. Xoş olmayan sözlər yazılır. Bu, bizə yaraşmaz. Siz axı Azərbaycanın gələcəyisiniz".
Telegram kanalımız