Biləcəridə ata qatili həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Biləcəridə ata qatili həbs olundu

Kriminal

12 May 2023 09:56 839


Bakıda kişinin qətlinə görə oğlu şübhəli şəxs qismində saxlanılıb.

Yenisabah.az Binəqədi Rayon Prokurorluğuna istinadla xəbər verir ki, mayın 10-u saat 20 radələrində paytaxtın Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində 1965-ci il təvəllüdlü Ehtibar Abbasovun ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1990-cı il təvəllüdlü Azər Abbasovun aralarında yaranmış mübahisə zamanı atası Ehtibar Abbasova kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Toyuqlu pizza

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Azər Abbasov mayın 12-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!