Biləcəridə çürümüş meyit - Qətlin üstü açıldı

saytların hazırlanması

Evə çatdırılma

Biləcəridə çürümüş meyit - Qətlin üstü açıldı

Kriminal

08 İyul 2023 12:40 1600


Bakıda meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

İyulun 5-i saat 17 radələrində Biləcəri qəsəbəsidə 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. Pepperoni pizza

Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olundıqdan sonra "isti izlər" əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranan mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!