Biləsuvarda əməliyyat: 1 ayda 19 nəfər saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda əməliyyat: 1 ayda 19 nəfər saxlanılıb

Kriminal

03 Aprel 2023 10:06 741


Biləsuvarda keçirilən əməliyyatlar zamanı 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakin Elvin Süleymanov Biləsuvar rayonu ərazisində saxlanılıb. Ona məxsus idman çantasından 18 kiloqram, o cümlədən 5 kiloqram heroin, 4 kiloqram metamfetamin, 6 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram həşiş qətranı aşkar edilərək götürülüb.

Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri satmaq məqsədi ilə Bakı şəhərinə apardığı müəyyən edilib. Dördpendirli pizza

Bundan başqa, narkotik vasitə və odlu silah-sursat saxlamaqda şübhəli bilinən rayon sakini Asif Mayılov saxlanılıb. Ondan narkotik vasitə olan heroin, 1 ədəd "AK-74" markalı avtomat, 2 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb.

Son 1 ayda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən ümumilikdə 19 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!