Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın olub, bir nəfər ölüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 180 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb. Dördpendirli pizza
Yanğın yerinin kəşfiyyatı zamanı 1943-cü il təvəllüdlü Nənələr Əhədovanın meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.
Yanğın söndürülüb, faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız