Biləsuvarda ferma və mağazadan oğurluq edən şəxslər saxlanılıblar.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayonun Dərvişli kəndi ərazisində yerləşən fermadan ümumi dəyəri 3000 manat olan 10 baş xırdabuyunuzlu heyvanın oğurlanıb.
Şübhəli bilinən rayon sakini M.Məmmədli və Cəlilabad rayon sakini H.Şəmmədov saxlanılıblar. pizza mizza
Bəydili kəndində yerləşən mağazadan oğurluq edən şəxslər də tutulub. Araşdırmalarla onların Bəydili kənd sakinləri P.Məmmədzadə və A.Əzizov olduqları müəyyən edilib. Saxlanılan şəxslərin həmin mağazadan 600 manat nağd pul, əlavə olaraq 280 manat dəyərində danışıq kartları və tütün məmulatları oğurladıqları məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
Telegram kanalımız