Biləsuvarda oğul atasını qətlə yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda oğul atasını qətlə yetirdi

Kriminal

08 Sentyabr 2023 09:16 761


Biləsuvarda 52 yaşlı kişi yetkinlik yaşına çatmayan oğlu tərəfindən qətlə yetirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Biləsuvar Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kənd sakini 1972-ci il təvəllüdlü Oqtay Soltanovun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Toyuqlu pizza

İlkin araşdırma zamanı Oqtay İbrahimovun yetkinlik yaşına çatmayan oğlu tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!