Biləsuvarda qətl: Cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda qətl: Cinayət işi açıldı

Kriminal

23 Aprel 2023 09:10 1177


Biləsuvarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, aprelin 23-ü saat 01 radələrində Biləsuvar rayon sakini, 1986-ci il təvəllüdlü Vüsal İlhamlının üzərində xəsarət izləri olan meyitinin Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!