Biləsuvarda qohum qohumu güllələdi

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda qohum qohumu güllələdi

Kriminal

24 May 2023 12:14 927


Mayın 24-ü saat 10 radələrində Biləsuvar rayon sakini, 1972-ci il təvəllüdlü Əsgər Abdullayevin xəstəxanada ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, ilkin araşdırma zamanı 1975-ci il təvəllüdlü Cavid Həmidovun rayonunun Çinarlı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qohumu Əsgər Abdullayevi odlu silahdan atəş açmaqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cavid Həmidov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. pizza sifarişi

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!