Biləsuvarda şəhid dəfn olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda şəhid dəfn olundu - Fotolar

Sosial

20 Dekabr 2020 22:00 681


Biləsuvar rayonunda Vətən müharibəsində şəhid olmuş əsgər Qənbərli Vüsal İlkin oğlu dəfn edilib.

Yenisabah.az xəbər verir ki, əvvəlcə rayonun Günəşli kəndində şəhidlə vida mərasimi keçirilib.

Sonra Vüsal Qənbərli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, kənd sakinləri və rayon rəsmiləri iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib. pizza

Qeyd edək ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Şəhidimiz Vətən müharibəsinə könüllü olaraq qatılmışdı və 2 aya yaxın idi ki, itkin hesab edilirdi.

Allah rəhmət eləsin!

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!