Biləsuvarda şəhid hərbçi dəfn edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Biləsuvarda şəhid hərbçi dəfn edildi - Foto

Sosial

17 Dekabr 2020 19:10 832


Biləsuvar rayonunda şəhid hərbçi Gündüz Çingiz oğlu Abdullayev dəfn edilib.

Yenisabah.az xəbər verir ki, rayonun Zəhmətabad kəndində şəhid evində vida mərasimi keçirilib.

Daha sonra G.Abdullayev doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib. pizza hut

Qeyd edək ki, Gündüz Abdullayev 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Mərhum müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.

Allah rəhmət eləsin!

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!