Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib.
Yenisabah.az Dİn-ə istinadla xəbər verir ki, əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub.
Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. pizza
Növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub.
Ümumən yanvar ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb.
Telegram kanalımız