Binəqədidə MTK sakinləri evlərinə həsrət qoyub? - Beş ildir kommunal ödəmirlər

saytların hazırlanması

Evə çatdırılma

Binəqədidə MTK sakinləri evlərinə həsrət qoyub? - Beş ildir kommunal ödəmirlər

Sosial

09 Yanvar 2025 17:49 490


Binəqədi rayonu, 7-ci mikrorayon, İlham Hacıyev küçəsi, 63 ünvanında yerləşən binanın sakinləri mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyindən şikayətçidirlər.

Onlar MTK-nın xidmətindən narazılıq bildirərək liftin kartla işləməsinin onlara çətinlik yaratdığını deyiblər:

"Camaat evinə qalxa bilmir. Deyirlər ki, guya bunu təhlükəsizlik üçün edirlər. Kartın qiyməti 7 manatdır. Pulu verib, kartı almaq istəyəndə deyirlər, kommunalını ödə. Bloklarımız baxımsız vəziyyətdə, qaraj suyun içindədir. Niyə pul ödəməliyik?!" pizza

MTK sədri isə Baku TV-yə açıqlamasında bildirib ki, binanın sakinləri arasında bir neçə ildir kommunal ödənişləri etməyənlər var. Borcu olmayanların hamısına lift üçün kart verilib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!