"Özüm şou-biznesdən olan kişi ilə ailə quraram, bu aləmdən evimə gəlin də gətirərəm, qızımı da ərə verərəm. Çünki özümdə bu camiədənəm. Bu sahədən yaxşı sahə yoxdur. Məni danışmağa vadar etməyin".
Yenisabah.az Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "MTV maqazin" verilişinə müsahibəsində deyib.
Sənətçi sosial şəbəkədə onun açıq-saçıq geyimini qınayan izləyicilərə sərt şəkildə cavab verib: Sezar pizza
"Hər bir sahədə çalışanın yaxşısı da, pisi də var. Şou-biznesdəki ailələr tərbiyəlidir. Çünki cəmiyyət qınağından qorxuruq və hər şeyi gizli edirik. Yemək yemirik, qəlyan çəkmirik, qısa geyinmirik, hər şeydən gizlənirik.
Bir az sinəmi açım, vəssalam! Verilişlərin birinə sinəaçıq bir libas geyinmişdim. "Instagram"da yazdılar ki, "Bu utanmır, yekə arvaddır, pencəyin arasında sinəsi görsənir". Nədir, başıma çadra bağlayıb, gəzməliyəm? Mən müğənniyəm".
Telegram kanalımız