Bu gün Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası başlayır.
Yenisabah.az xəbər verir ki, iclas dar tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.
Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır. Marqarita pizza
Görüşdə Rusiya, Belarus, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və prezidentləri iştirak edəcək.
İclasda MDB məkanında təhlükəsizliyin təmin edilməsi mövzusuna xüsusi diqqət yetiriləcək. Terrorçuluq və ekstremizm, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizə kimi sahələrdə koordinasiyanın gücləndirilməsinə dair qərarların qəbulu gözlənilir.
Görüşdən sonra Qırğız prezidenti Japarov və MDB-nin baş katibi Lebedev mətbuata bəyanatlarla çıxış edəcəklər.
Telegram kanalımız