“Biz hissə-hissə üçüncü dünya müharibəsinin şahidi oluruq”

saytların hazırlanması

Evə çatdırılma

“Biz hissə-hissə üçüncü dünya müharibəsinin şahidi oluruq”

Dünya

09 Sentyabr 2022 07:36 874


Roma Papası Fransisk Avropada “xüsusilə çətin müharibə” şəraitində nüvə eskalasiyası riskindən narahat olduğunu bildirib.

Bu barədə pontifik cümə axşamı müxtəlif ölkələrdəki diplomatik nümayəndələrilə görüşü zamanı bəyan edib.

“Təəssüflər olsun ki, Avropa və bütün dünya beynəlxalq hüququ pozan və nüvə eskalasiyası riski yaradan, iqtisadiyyat və cəmiyyət üçün ağır nəticələrə səbəb olan xüsusilə ağır müharibə ilə sarsılır. Biz hissə-hissə üçüncü dünya müharibəsinin şahidi oluruq”, - deyə Papa vurğulayıb. pizza

Qeyd edək ki, Frensis ilk dəfə deyil ki, dünyanın müxtəlif yerlərini bürümüş üçüncü dünya müharibəsi tezisi ilə çıxış edir.

Mənbə: TASS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!