“Bizim mübarizəmiz ikincilik və üçüncülük uğrunda deyil” - Zahid Oruc

saytların hazırlanması

Evə çatdırılma

“Bizim mübarizəmiz ikincilik və üçüncülük uğrunda deyil” - Zahid Oruc

Siyasət

24 Yanvar 2024 21:36 779


Növbədənkənar prezident seçkiləri ilə bağlı təşviqat-təbliğat prosesi davam edir.

Prosesin gedişi, hazırki vəziyyət və digər detallarla bağlı namizəd, millət vəkili Zahid Oruc Yenisabah.az-a danışıb. O, təşviqat prosesinin davamlı aparıldığını və seçkilərə marağın yüksək olduğunu qeyd edib.

“Heç şübhəsiz ki biz, insanlarımıza dəvət, müraciət göndərəndə onların seçiminin kimin üzərində olmasına baxmayaraq yeni dövr və hədəflər adı altında müəyyən etdiyimiz prinsiplərlə müraciət edirik. Ötən seçkilərdə iştirak etmiş bir namizəd kimi deyə bilərəm ki, mühitdə fərqlər axtarırıqsa əvvəllər seçki debatlarında namizədlərin səs-küylü, az qala qanlı mübarizələrinin şahidi olmuşuq. Hətta bir dövr hakimiyyət uğrunda mübarizə silahla müşayiət olunub. Seçki aktivliyi bu demək deyil. pizza

Əlbəttə, 90-cı illər Azərbaycan siyasətində fərqli bir siyasi təqvim yaratdı. Biz yay dövrünə düşən inqilabların şahidi olduq. Bu səbəbdən isti iqlim qurşağında olan millətlərin ümumi mövqeyində seçki mübarizəsinin yayda aparılması düşüncəsi formalaşdı. İndiki dövrdə daha rasional və soyuqqanlı yanaşmalar var. İsti paltoda, qalın geyimdə əyləşib seçki təşviqatını izləyən vətəndaşımız bu prosesi daha diqqətlə dinləyir. Mən bu xalqın içindən çıxmışam, ötən onilliklərdə parlament fəaliyyətinə əsasən dövlətçilik təcrübəsinə malikik. Bu dövr ərzində ləyaqətli mübarizənin içərisində olmuşuq. Bizim seçki proqramımız hakim partiya və digər namizədlərdən köklü şəkildə fərqlənir. 24 səhifəlik platforma tərtib etmişik və hələki onun çox kiçik bir hissəsini açıqlamışıq. Biz dünya təcrübəsindən yola çıxaraq yekun idealarımızı seçkilərin sonunda bildirəcəyik”.

Zahid Oruc seçkilərdə yer tutmasından daha çox ideyalarının qalib gəlməsinin önəmli olduğunu vurğulayıb.

“Hər bir seçkidə iştirak edən namizədlər arasında biri adətən favorit olaraq önə çıxır. İkinci Qarabağ müharibəsindəki qələbə və digər nüansları nəzərə aldıqda, xalqın baxış bucağından bu seçkilərdə favoritin kim olması özlüyündə meydana gəlir və bundan qətiyyən heç kim narahat deyil. Ona görə də mən bu seçkilərin yekununda hamının qələbə qazanacağını dəfələrlə qeyd etmişəm. Mənim üçün ən önəmli məsələ obrazlı dillə ifadə etsək, ideyaların qalib gəlməsidir. Bizim mübarizəmiz ikincilik və üçüncülük uğrunda deyil”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!