Blinken: “ABŞ Çinlə soyuq müharibəyə başlamaq niyyətində deyil“ 

saytların hazırlanması

Evə çatdırılma

Blinken: “ABŞ Çinlə soyuq müharibəyə başlamaq niyyətində deyil“ 

Dünya

09 İyul 2022 18:20 762


"ABŞ Çinlə yeni soyuq müharibəyə başlamaq niyyətində deyil". 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Van Yi ilə görüşü zamanı deyib.

"Amerika tərəfi Çinlə yeni soyuq müharibəyə can atmır, Çinin dövlət sistemini dəyişməyə çalışmır, eyni zamanda ÇKP-yə və onun siyasi roluna etiraz etməyəcək", - bəyanatda deyilir. Toyuqlu pizza

Bundan əvvəl Vanq Yi ABŞ hakimiyyətindən Çinə böhtan atmağı dayandırmağı və Çin şirkətlərinə qarşı birtərəfli sanksiyaları ləğv etməyi tələb edib.

Qeyd edək ki, Blinken və Vanq Yi Ukraynadakı vəziyyəti müzakirə ediblər. Görüş 5 saatdan çox davam edib. Blinken bunu faydalı və konstruktiv kimi qiymətləndirib. Dövlət Departamentinin rəhbəri bildirib ki, ABŞ Ukraynaya 368 milyon dollardan çox məbləğdə əlavə humanitar yardım göstərmək niyyətindədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!