Blinken Ermənistana dəstək tədbirlərini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Blinken Ermənistana dəstək tədbirlərini müzakirə etdi

Dünya

23 May 2024 10:27 462


Hazırda rəsmi Vaşinqton Ermənistanın sorğusu əsasında adı çəkilən ölkəyə dəstək tədbirlərinin gücləndirilməsi istiqamətində müzakirələr aparır.

Yenisabah.az xəbər verir ki, bunu dövlət katibi Antoni Blinken Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin iclasında deyib.

Bununla yanaşı o, apreldə həm Ermənistanın Baş naziri Nikol Paşinyan, həm də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşünü xatırladıb: pizza hut

“Avropa İttifaqı rəsmiləri ilə bu istiqamətdə aparılan məsləhətləşmələr Ermənistan hökumətinə hansı istiqamətlər üzrə dəstəyin verilməli olduğunu müəyyənləşdirmək məqsədi daşıyıb. Biz belə qərara gəlmişik ki, həyata keçiriləcək tədbirlər bütün istiqamətləri əhatə etməlidir”.

Blinken əlavə edib ki, ölkəsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına inanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!