ABŞ dövlət katibi Antoni Blinken Kiyevə həmrəylik səfəri ilə gedib.
Yenisabah.az VOA-ya istinadla xəbər verir ki, səfər zamanı o, ABŞ-dan Ukraynaya hərbi yardım göstərilməsi məsələlərini müzakirə etmək niyyətindədir.
Blinken rəsmilər, o cümlədən prezident Vladimir Zelenski ilə görüşmək niyyətindədir. Toyuqlu pizza
Dövlət Departamentinin sözçüsü Metyu Miller qeyd edib ki, bu görüşlər zamanı ABŞ dövlət katibi ABŞ-ın Ukraynaya davamlı dəstəyini bir daha təsdiq etməyi planlaşdırır.
Bundan əlavə, Amerikanın xarici siyasət idarəsinin rəhbəri Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcəyini gözləyir.
Telegram kanalımız