“Əl-Qaidə” terror qruplaşmasının liderini Kabildə gizlədən “Taliban” üzərinə götürdüyü öhdəliklərlə bağlı əvvəllər əldə edilmiş razılaşmaları kobud şəkildə pozub".
Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda Blinken qeyd edib: “Onlar "Əl-Qaidə" lideri Ayman əz-Zəvahirini Kabildə qonaq edib və onlara sığınacaq veriblər. Bununla da Dohada əldə edilmiş razılaşmanı kobud şəkildə pozublar”. Marqarita pizza
Blinken qeyd edib ki, terrorçuların Əfqanıstan ərazisindən istifadəsinə imkan verməmək barədə əvvəllər hərəkat rəhbərliyinin götürdüyü öhdəlik də pozulub.
Buna baxmayaraq, Blinkenin sözlərinə görə, belə şəraitdə belə ABŞ Əfqanıstan xalqına humanitar yardım göstərməyə davam edəcək.
"Zəvahirinin aradan qaldırılmasından sonra dünya daha təhlükəsiz yerə çevrildikdən sonra ABŞ ölkəmizi, xalqımızı və ya müttəfiqlərimizi və tərəfdaşlarımızı təhdid edənlərə qarşı qətiyyətlə hərəkət etməyə davam edəcək".
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Zəvahirinin öldürüldüyünü rəsmən elan etmişdi.
Telegram kanalımız