Blinken Rusiyanın bu həftə Ukraynaya hücum edəcəyəni istisna etməyib

saytların hazırlanması

Evə çatdırılma

Blinken Rusiyanın bu həftə Ukraynaya hücum edəcəyəni istisna etməyib

Dünya

16 Fevral 2022 09:30 604


ABŞ dövlət katibi Entoni Blinken “France 24” telekanalına müsahibəsində bu həftə Rusiyanın Ukraynaya hücumunun mümkünlüyü barədə açıqlama verib.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Rusiya qüvvələrinin Ukraynanı əhatə edən ərazilərdə yerləşdirilməsi ilə bağlı baş verənlərə nəzər salsanız, bu həftə başlayan hücum aktı tamamilə mümkündür”, – Blinken televiziya jurnalistinin sualını cavablandırarkən deyib. Sezar pizza

Dövlət katibi həmçinin bildirib ki, Moskva Ukrayna ilə sərhəddə vəziyyəti gərginləşdirərək, orada getdikcə daha çox bölmə yerləşdirir:

“Biz bütün mövcud fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün Rusiyanı diplomatik yolla getməli olduğuna inandırmaq üçün mümkün olan hər şeyi edirik. Lakin hərbi təcavüz davam edərsə, biz bütün Avropalı müttəfiqlərimizlə koordinasiyalı şəkildə buna tam hazırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!