Blinken təhlükəli ssenarini açıqladı - “Putin qələbə qazansa...”

saytların hazırlanması

Evə çatdırılma

Blinken təhlükəli ssenarini açıqladı - “Putin qələbə qazansa...”

Siyasət

17 Yanvar 2024 21:46 949


Rusiya Prezidenti Vladimir Putinnin Ukrayna sərhədlərindən xeyli kənara çıxan aqressiv planları var.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Kreml rəhbərinin qalib gəlməsinə icazə verilsə, Ukraynada dayanmayacaq. Putinin məsuliyyətdən yayınmasına imkan versək, sayıqlığımızı və Ukrayna üçün etdiklərimizi itirsək, bu, "Pandoranın qutusu"nu açacaq. Ukraynada dayanmayacaq, dünyanın digər yerlərindəki potensial təcavüzkarlar bundan nümunə götürəcəklər. Belə bir ssenari ciddi təhlükə ilə doludur, bu, ABŞ-ni Rusiya ilə birbaşa münaqişəyə sürükləyə bilər. Marqarita pizza

Düşünürəm ki, Putin tam şəkildə Ukraynaya hücum edəcək, sonra NATO ölkələrinə üz tutacaq. Hansısa NATO ölkəsinə hücum etsə, müqaviləyə uyğun olaraq cavabını verəcəyik", - dövlət katibi bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!