BMT rəhbəri Ərdoğana təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

BMT rəhbəri Ərdoğana təşəkkür etdi

Dünya

13 Mart 2022 23:15 551


BMT-nin baş katibi Antonio Quterreş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

Yenisabah.az xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Quterreş Rusiya və Ukrayna arasında vasitəçilik səylərinə görə Ərdoğana minnətdarlıq edib. Tərəflər sülhün ən mühüm məqsəd olduğu üçün münaqişəyə son qoymaq məqsədilə müxtəlif təşəbbüsləri müzakirə ediblər. Toyuqlu pizza

Həmçinin, söhbət zamanı nüvə təhlükəsizliyi məsələləri, habelə böhranın dünyanın ərzaq və enerji təhlükəsizliyinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!