BMT yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

saytların hazırlanması

Evə çatdırılma

BMT yenidən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edəcək

Dünya

15 Sentyabr 2022 08:28 895


BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq.

Bu, Təhlükəsizlik Şurasının çərşənbə günü dərc olunmuş iş proqramında qeyd olunub.

Çərşənbə günü sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində artıq müzakirə edilib, cümə axşamı müzakirələr açıq rejimdə keçiriləcək. pizza hut

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Mənbə: TASS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!