“Bolt” gediş haqqını 2 dəfə çıxmağa başlayıb - DİQQƏT

saytların hazırlanması

Evə çatdırılma

“Bolt” gediş haqqını 2 dəfə çıxmağa başlayıb - DİQQƏT

Sosial

13 Noyabr 2024 14:24 1636


“Bolt” taksi şirkəti bir gediş haqqını iki dəfə çıxmağa başlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli.Az-a sərnişinlər məlumat veriblər.

Sərnişinlər qeyd edirlər ki, son günlər “Bolt” gediş haqqını iki dəfə çıxır. pizza

“Belə ki, eyni məsafə üçün hesablanmış gediş haqqı 2 dəfə çıxılır, sonradan isə pulun balansa qaytarılacağı bildirilir”, – deyə sərnişinlər qeyd ediblər.

Şirkətdən isə rəsmi olaraq bildirilib ki, əlavə məbləğ avtorizasiya məqsədi ilə tutulur və karta geri qaytarılır. Hazırda bütün müştərilərdən avtorizasiya

məbləği tutulur. Məbləğ 14 iş günü müddətində kart hesabına geri qaytarılır.

Məqsəd kart etibarlılığını yoxlamaq (saxta və ya icazəsiz istifadənizi minimuma endirmək kimi) üçün müvəqqəti kart və kart məlumatının yoxlanışını (avtorizasiyanı) həyata keçirməkdir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!