Borc verənlərə XƏBƏRDARLIQ – Pulunuzun batmaması üçün bunu edin

saytların hazırlanması

Evə çatdırılma

Borc verənlərə XƏBƏRDARLIQ – Pulunuzun batmaması üçün bunu edin

Sosial

16 Yanvar 2025 11:32 684


Bu gün borc alıb-borc verən kifayət qədər insan var. Bəzən verilən borc vaxtında qaytarılmır, yaxud borc alan şəxs, ümumiyyətlə, aldığı məbləği qaytmarmaqdan imtina edir. Adətən, belə hallarda tərəflər arasında borc müqaviləsi yazılmır.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əksər hallarda notariuslar bu tip müqavilələri bağlamaqdan imtina edir:

“Çünki notariusda təsdiqləmə halında həmin məbləğ notariusun bank hesabı vasitəsi ilə verilməlidir. Qanuna görə borcun etirafı mümkündür, amma təcrübədə notariuslar belə əqdləri təsdiqləmir. Amma bu, qanunsuz addımdır, notariuslar bunu etməlidir”.  pizza sifarişi

Hüquqşünasın fikrincə, qarşılıqlı borc öhdəliyini tərəflər özləri də hazırlaya bilər:

“Əslində, notariusa da ehtiyac yoxdur. Tərəflər öz aralarında belə bir müqavilə hazırlayıb, qarşılıqlı öhdəlikləri qeyd edib, imzaları ilə təsdiqləyə bilərlər. Bir, yaxud bir neçə şahid kifayət edir. Eyni zamanda, video çəkiliş də ola bilər. Əgər borc götürən şəxs məbləği qaytarmazsa, məhkəməyə müraciət etmək olar. Məhkəmə də qərar çıxarır ki, həmin şəxs bu məbləği ödəməlidir. Lakin borc götürən şəxsin hansısa maaşı, gəlir yeri və yaxud əmlakı yoxdursa, çox zaman bunu ödəyə bilmir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hafız
    2. əl-Bəqərə surəsi, 282-ci ayə Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uy­ğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah de­yildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir! (“Müdayinə ayəsi” olaraq adlandırılan bu ayə, Quranın ən uzun ayəsidir.Bu ayə borc alıb-vermə müqaviləsi ilə bağlı qaydaları ətraflı olaraq müəyyənləşdirmişdir. Şahidlik məsələsinə gəldikdə, qadın yaradılış etibarilə kişiyə nisbətlə daha çox həyalı, utancaq və duyğuları güclü olduğu üçün Allah-Təala bir kişi əvəzində iki qadının şahid olmasını əmr etmişdir ki, onlardan biri unudar, yaxud şahidlik etməkdən çəkinərsə, digəri ona xatırlatsın.)
    1 year ago