Borrell: Bu utancvericidir

saytların hazırlanması

Evə çatdırılma

Borrell: Bu utancvericidir

Dünya

22 İyul 2024 23:43 790


Avropa İttifaqı ölkələri Avropa Sülh Fondundan Kiyevə silah üçün pulun ayrılması ilə bağlı razılığa gələ bilməyib, Macarıstan vetonu ləğv etməkdən imtina edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrell təşkilatın XİN başçılarının görüşünün yekunlarına dair mətbuat konfransında jurnalistlərə bildirib.

O vurğulayıb: “Bu vəsaitlər bir ölkə tərəfindən bloklanır. Bu utancvericidir. Bu, Ukraynanın silah almasına mane olmur. Bu pullar artıq silahlarını Ukraynaya ötürən Aİ ölkələrinə getməli idi. Aİ ölkələri artıq təhvil verilmiş silahlara görə təzminat almayacaq. Bu o deməkdir ki, onların gələcəkdə bu prosesi davam etdirməyə həvəsi az olacaq”. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!