"Avropa İttifaqı Rusiyaya qarşı maliyyə sanksiyaları baxımından imkanlarının son həddinə çatıb".
Yenisabah.az "Franceinfo"-ya istinadla xəbər verir ki, bunu Aİ-nin diplomatı Josep Borrell bildirib.
O qeyd edib: "Maliyyə sanksiyalarına gəlincə, əlbəttə, siz həmişə daha da irəli gedə bilərsiniz, lakin biz artıq edə biləcəyimiz işlərin həddinə çatmışıq. Biz əlimizdən gələni etdik". Sezar pizza
Borellin sözlərinə görə, söhbət Rusiya valyutasının 40% ucuzlaşmasına səbəb olan kütləvi sanksiyalardan gedir.
"Bunlar Rusiya iqtisadiyyatına ağır yük qoyacaq çox ağır sanksiyalardır", - Avropa diplomatiyasının rəhbəri əlavə edib.
O qeyd edib ki, sənaye və iqtisadiyyatın digər sektorlarında yüksək texnologiyaların ixracına qoyulan qadağa ilə bağlı sanksiyalar Rusiya üçün ağrılı olub.
Telegram kanalımız