"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bu gün İran paytaxtına səfər edəcək".
Yenisabah.az xəbər verir ki, bu barədə iyunun 24-də Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
Onun sözlərinə görə, Borrell İslam Respublikasının bəzi rəsmiləri ilə danışıqlar aparacaq. pizza
Qeyd edək ki, İran və Avropa İttifaqı arasında davam edən məsləhətləşmələr çərçivəsində təşkil olunan səfər zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlərlə bağlı məsələlər, həmçinin, anti-İran sanksiyaların ləğvi ilə bağlı danışıqlara dair son məlumatlar müzakirə olunacaq.
Telegram kanalımız