Borrell: Yaxın Şərqdə dinlərin müharibəsi gedir

saytların hazırlanması

Evə çatdırılma

Borrell: Yaxın Şərqdə dinlərin müharibəsi gedir

Dünya

06 Noyabr 2023 17:53 697


“İsrail-Fələstin silahlı qarşıdurması artıq İsraillə Ərəb dünyası arasındakı savaş deyil. Bu, dönüş nöqtəsidir. Hazırda baş verənlər dinlərin və ya sivilizasiyaların müharibəsidir”.

Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.

İsrailin özünümüdafiə haqqının olduğunu söyləyən ali nümayəndə bunun beynəlxalq hüquq çərçivəsində həyata keçirilməli olduğunu bildirib: “Mülki şəxslər qorunmalıdır”. Pepperoni pizza

J.Borrelin sözlərinə görə, humanitar vəziyyətin görməzdən gəlinməsinin mənfi nəticələri ola bilər: “İnsan faciələrinə göz yumularsa, vəziyyət əvvəl-axır əksinə çevrilə bilər”.

Aİ rəsmisi bildirib ki, Ağ evin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan oktyabrın 7-nə qədər deyirdi ki, region 10 illərdir heç bu qədər sakit olmayıb: “Belə bir korluğu necə izah edə bilərik? Bu ziddiyətə necə münasibət bildirə bilərik?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!