“Yaxın Şərqdəki faciə Qərb diplomatiyasının mənəvi uğursuzluğudur”.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Aİ səfirlərinin iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Fələstin və İsrail arasında münaqişə etnik və ya dini xarakterli deyil, bu, milli məsələdir. pizza hut
Borrel əlavə edib ki, bu, hər iki xalqın eyni torpaqda yaşamaq hüququ ilə bağlıdır və hər iki xalq sülh içində yaşamaq üçün paylaşmalıdırlar:
“HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı törətdiyi barbarlıq bizi paradoks qarşısında qoydu. Dünya düşünürdü ki, bu münaqişə dayanıb və bu illüziya hamıda var idi. Status-kvo dəyişməsə də, sabitlik vardı. Biz düşünürdük ki, ərəb ölkələri ilə İsrail arasında normallaşma İsrail və Fələstinə sülh gətirə bilər, ancaq bu baş vermədi. Yaxın Şərqdəki faciə sülhə nail olmaq üçün səylərin göstərilməməsi nəticəsində Qərb diplomatiyasının mənəvi uğursuzluğudur”.
Telegram kanalımız