İstanbulda bir baqqal boş dürüm satmağa başlayıb.
Yenisabah.az xəbər verir ki, Məhərrəm Bayram maddi vəziyyətinin pisləşdiyini bildirib.
Artan xərclər və alıcılıq qabiliyyətinin aşağı düşməsi biznesmenləri alternativ həll yolları tapmağa sövq edib. Bir müddət əvvəl boş paxlava, boş tost satanlar, indi də boş dürüm satan sahibkar gündəmə gəlib. pizza sifarişi
İstanbul Bakırköydə ticarətlə məşğul olan Məhərrəm Bayram da belələrindən biridir. O, içi boş dürüm və ayranı 10 lirəyə satır. Baqqal tələbələrin imkanının dürüm almağa çatmadığı üçün belə bir yola əl atdığını bildirib.
“Köftə, kabab bişirirəm, amma keçən il olduğu qədər çətin günlər keçirdiyimizi görməmişdim. Son ay yarımdır ki, boş dürümlər satıram. Burada 10 minə yaxın tələbə var. Tələbələrin imkanı yoxdur. Onlar bir dürümə 25 lirə verə bilməz. Əslində, biz 20 lirəyə satırdıq və iki tələbənin bir dürüm alıb yarı bölüb yediyinin şahidi olduq. Ona görə də belə bir addım atdıq. Buna görə təəssüf edirəm, amma məqsədimiz insanları məmnun etməkdir”.
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız