Almaniyanın "Bosch GmbH" şirkəti Rusiyadakı fəaliyyətini məhdudlaşdırır.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, şirkət bu barədə bəyanat yayıb.
Ştutqartda yerləşən avtomobil hissələri istehsalçısı açıqlamasında bildirib ki, "Bosch" hissələrin necə istifadə edildiyi ilə bağlı araşdırmaya qədər rus müştərilərinə yük maşını hissələrinin tədarükünü dayandırıb. pizza hut
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bazar günü Bosch-un ölkəni işğal edən Rusiya piyada maşınları üçün komponentlər tədarük etdiyini söylədikdən sonra şirkət məhsullarının istifadəsini sınaqdan keçirir.
"Bosch" tədarük zəncirinin pozulması və tədarükün kəsilməsi səbəbindən Rusiya zavodlarında istehsalın azalacağını söylədi. Şirkət Rusiyanın bütün fabriklərində, o cümlədən Sankt-Peterburqdakı ev əşyaları zavodunda istehsalın tamamilə dayandırılacağını gözlədiyini bildirib.
Telegram kanalımız