Böyrəyini təcili satmaq istəyənə 1 il həbs cəza verildi

Böyrəyini təcili satmaq istəyənə 1 il həbs cəza verildi

Hadisə Veb saytların hazırlanması

26 Yanvar 2023 16:44 700


İstanbulda böyrəyini təcili satmaq istəyərək bu haqda elan verən şəxs 1 il həbsə məhkum edilib.

Yenisabah.az xəbər verir ki, həm böyrəyini satmaq istəyən, həm də böyrəyin alıcısı məhkəmə qarşısına çıxarılıb.

Əvvəlcə məhkəmədən sonra müttəhimlərin "orqan və toxuma alveri" ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Daha sonra isə təqsirləndirilən şəxslərin əməlinin cəhd mərhələsində qaldığına və məhkəmə zamanı peşmançılıq hissi keçirdiklərinə əmin olan hakim yekun qərarla onların hərəsinə 1 illik həbs cəzası verib.  

Böyrəyi almaq istəyən Orhan T. özünü belə müdafiə edib: “Mən böyrək xəstəsiyəm. İndi də həftədə 3 gün dializdəyəm. Qohumlarımın böyrəkləri mənimlə uyuşmurdu. Oğlumla birlikdə işləyən digər müttəhim Emrah Z böyrəyini mənə verməyə razılaşdı. Bunun müqabilində məndən pul istəməyib. Birlikdə xəstəxanaya müraciət etdik. Böyrək transplantasiyası yox idi. Bu iş üçün Əmraha pul verməmişəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!