“Böyük şeytan” bəzi ölkələri sülh danışıqlarından kənarlaşdırmaq istəyir”

saytların hazırlanması

Evə çatdırılma

“Böyük şeytan” bəzi ölkələri sülh danışıqlarından kənarlaşdırmaq istəyir”

Dünya

05 İyul 2024 12:30 587


Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün göstərdiyi səyləri alqışlayırıq. Biz müharibənin əleyhinəyik və sülh tərəfdarıyıq.

Yenisabah.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sobhani bildirib.

“Bölgədə sülhün alternativi yoxdur. Bu, prinsipial mövqeyimizdir. Biz Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün aparılan dialoqu alqışlayırıq və dəstəkləyirik”, - deyə diplomat vurğulayıb. Sezar pizza

ABŞ-ın Ermənistan-Azərbaycan sülh müqaviləsi bağlamaq üçün səylərini artırmasına toxunan səfir deyib: “ABŞ-a gəlincə, biz inanırıq ki, "böyük şeytan" regionu işğal edəndə onun başqa məqsədləri var. Onlar region xalqları üçün sülh, təhlükəsizlik və sakit həyat bərqərar etməyə çalışmaq əvəzinə, başqa məqsədlər güdürlər.

Əgər bəzi ölkələri danışıqlardan kənarlaşdırmaq istəyirlərsə, deməli, onların istəyi səmimi deyil. Biz hərtərəfli sülhün hökm sürməsini istəyirik. ABŞ məqsədlərinə çatmaq üçün öz vasitələrindən istifadə edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!