Böyük Britaniya Ukraynaya əsgər göndərməyəcək - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniya Ukraynaya əsgər göndərməyəcək - RƏSMİ

Dünya

16 May 2024 09:00 520


Böyük Britaniya hələ də Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün öz qoşunlarını bu ölkəyə göndərmək niyyətində deyil. 

"Report"un məlumatına görə, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps "The Daily Telegraph"a müsahibəsində deyib.

“Mən sərhədi keçib Britaniya hərbçilərini Ukraynada yerləşdirmək istəmirəm. Bunun məntiqli olduğunu düşünmürəm. Amma hesab edirəm ki, ukraynalı hərbçilərin təlimini Ukraynaya yaxınlaşdırmağın mənası var”. Marqarita pizza

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və xarici işlər naziri Devid Kemeron Ukraynaya Britaniya hərbçilərinin göndərilməsinin əleyhinə dəfələrlə çıxış ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!