Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib

Dünya

03 Avqust 2023 06:52 1176


Orkney adaları Böyük Britaniyada poçtu dronla çatdıran ilk yer oldu.

“Yeni Sabah” BBC-yə istinadla xəbər verir ki, bu əməliyyat “Royal Mail” və “Skyports” dron xidməti tərəfindən həyata keçirilib. “Royal Mail” adalar arasında məktub və bağlamaları paylamaq üçün limanları dayanacaq məntəqələri olaraq təyin edib.

İlkin sınaqlar zamanı Şotlandiya məktəbləri üçün yemək, Mull xəstəxanasına tibbi maskaların çatdırılması uğurla başa çatıb. Sözügedən xidmətin ilkin olaraq üç aylıq fəaliyyəti maliyyələşdirilsə də, “Royal Mail” tələbat yaranarsa, fəaliyyət müddətini artıracaqlarını bildirib. Gələcəkdə dron xidməti səviyyəsinin də əhəmiyyətli dərəcədə yaxşılaşdırılacağı gözlənilir. Poçt işçilərinin texniki təhlükəsizliyini təmin etmək üçün qurğuların mexanizmlərində dəyişiklik aparılacaq.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!