Böyük Britaniya Daxili İşlər Nazirliyi tərəfindən təklif olunan yeni qanunlar narkotik maddələrin saxlanmasına görə daha sərt cəzaların tətbiq edilməsini nəzərdə tutur.
Yenisabah.az xəbər verir ki, yeni qaydalara əsasən, onlar pasportlarını və ya sürücülük vəsiqələrini itirə bilərlər.
“Narkotik saxlamanın yeni nəticələri” adlı sənəddə Daxili İşlər Nazirliyi kokain və marixuana kimi qeyri-qanuni narkotik vasitələrin saxlanmasına görə üç pilləli cəza tətbiq etməyi təklif edir. pizza mizza
Böyük Britaniyanın daxili işlər naziri Priti Patel bununla bağlı bildirib: "Cəmiyyətimizdəki saysız-hesabsız zərərlərin və bədbəxtliyin kökündə qeyri-qanuni narkotiklər dayanır, narkotiklə əlaqəli cinayətlərə görə daha sərt cəzalar verilməlidir".
Telegram kanalımız