“Böyük itki verən ruslar Belarus və Rusiyaya qayıtmağa məcbur olublar”   - Britaniya kəşfiyyatı

saytların hazırlanması

Evə çatdırılma

“Böyük itki verən ruslar Belarus və Rusiyaya qayıtmağa məcbur olublar” - Britaniya kəşfiyyatı

Dünya

30 Mart 2022 10:04 468


“Rusiyanın Donetsk və Luqanskdakı hücumlara diqqət yetirməsi, görünür, onun birdən çox əhəmiyyətli hücum xəttini var gücü ilə saxlamağa çalışmasının susqun etirafıdır”.

“Report” xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Böyük itki verən Rusiya bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar. Toyuqlu pizza

Bu fəaliyyət Rusiyanın onsuz da gərgin vəziyyətdə olan logistikasına əlavə təzyiq göstərir və Rusiyanın Ukraynadakı ön bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.

Rusiya, çox güman ki, məhdud yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək”, - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!