Braziliya vətəndaşı İrəvan aeroportunda öldü 

saytların hazırlanması

Evə çatdırılma

Braziliya vətəndaşı İrəvan aeroportunda öldü 

Dünya

13 Avqust 2024 17:54 590


Ermənistanın paytaxtı İrəvandakı Zvartnots hava limanında Braziliya vətəndaşı ölüb. 

Yenisabah.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abrahamyan bunu "Sputnik Armenia"ya bildirib. 

O deyib ki, hazırda vəziyyət aydınlaşdırılır, meyitin məhkəmə-tibbi ekspertizası təyin edilib. Braziliyalının üzərində maddə aşkarlanıb və onun tərkibini müəyyən etmək üçün məhkəmə-kimyəvi ekspertiza da təyin edilib. Bu, həmin maddənin və onun istifadəsinin vətəndaşın ölümü ilə nə dərəcədə əlaqəli olduğunu aydınlaşdırmağa kömək edəcək.  Sezar pizza

Cinayət işi açılıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!