Brend malları CİP-dən keçirmək istəyən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Brend malları CİP-dən keçirmək istəyən şəxs tutuldu

Kriminal

23 Mart 2023 14:27 1082


İstanbul-Bakı aviareysi ilə gələn təyyarədə gömrük orqanına bəyan edilməyən brend geyim əşyaları aşkar olunub.

Yenisabah.az DGK-ya istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən Azərbaycan vətəndaşına məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub. Dominos pizza

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!