Brilliant söz atdı: “Onları hansı fabrik istehsal edir?“

saytların hazırlanması

Evə çatdırılma

Brilliant söz atdı: “Onları hansı fabrik istehsal edir?“

Şou

09 Avqust 2022 16:46 1102


Xalq artisti Brilliant Dadaşova növbəti dəfə şeir formasında yazdığı cümlələrlə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, bu dəfə o, ad çəkmədən həmkarlarından birinə söz atıb:

“Atalar deyib, itə də hörmət elə, yiyəsinə görə. Bu isə çaqqal imiş, tez dəyişdi, göz görə-görə. Mənim kimi Amerika, Hindistan, Afrika, Macarıstan, Avstriya, Norveç, İsveç, Əlcəzair və s. ölkələrdə konsertlər versəydi, camaata salam verməzdi, Marqarita pizza

Allah bilir. Belə insanlar haradan çıxır, haraya girir? Onları hansı fabrik istehsal edir? Dünya belələrini sonda nə edir? Belə tiplər görən haradan gəlirlər? Bəlkə min sifət olmağı elə ana bətnində öyrənirlər?

Vaxtı ilə yanımda dayanmaq üçün mahnılarımı oxuyub, sizə yaranmaq üçün yalvaran biri bu gün məni dəhşət heyrətə saldı. Əqlimi müxtəlif fikirlər aldı, gözlərim yol çəkib keçmişə daldı. Ona dəstəyimi rica edənlər əsl kişi xislətli, mərd yoldaşlardır, sayıb-seçdiyim əziz qardaşlardır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!