Böyük Britaniya krallıqdan qovulmuş qanunsuz miqrantları qəbul edə biləcək 4 ölkə ilə danışıqlara başlayıb.
Yenisabah.az “The Times”a istinadla xəbər verir ki, bu məsələ ilə bağlı Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta-Rika ilə dialoq aparılır.
Britaniya tərəfinin dialoqa başlaya biləcəyi Afrika dövlətlərinin, o cümlədən Anqola, Kabo-Verde, Tanzaniya, Toqo, Seneqal və Syerra-Leonenin ehtiyat siyahısı mövcuddur. Qambiya, Mərakeş, Namibiya və Tunis məsələni müzakirə etməkdən imtina ediblər. pizza mizza
Qəzetin vurğuladığı kimi, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Doçerti Ermənistana səfər edərkən başlayıb.
Telegram kanalımız