Britaniya kəşfiyyatının keçmiş rəhbəri:   “Putin öldürülə bilər“

saytların hazırlanması

Evə çatdırılma

Britaniya kəşfiyyatının keçmiş rəhbəri: “Putin öldürülə bilər“

Dünya

01 Aprel 2022 15:54 473


Rusiya prezidenti Vladimir Putinin taleyilə bağlı müxtəlif versiyalar isrəli sürülür. Rusiya-Ukrayna müharibəsi uzandıqca, Putinin gələcəyilə bağlı bədbin proqnozların sayı da artır.

Böyük Britaniyanın MI6 kəşfiyyat xidmətinin keçmiş rəhbəri Kristofer Stil də analoji mövqedən çıxış edib. Stil bildirib ki, Rusiya prezidenti Vladimir Putinin yenidən beynəlxalq arenaya qayıdacağını təsəvvür edə bilmir  və Kreml rəhbərinin öldürülə biləcəyinə inanır.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sky News” yazıb. pizza mizza

“Hazırda müzakirə olunan hər hansı bir sülh sazişində Putinə necə etibar edə biləcəyimizi və gələcəkdə onunla necə normal iş apara biləcəyimizi görmürəm” Kristofer Stil deyib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin necə bitəcəyi ilə bağlı suala cavab verən Stil deyib ki, tərəflər razılığa gələcəklər:

“Hesab edirəm ki, hər şey hansısa razılaşma ilə başa çatacaq, lakin mən hesab edirəm ki, bu razılaşma hələ çox uzaqdadır və çox güman ki, ona Vladimir Putin daxil olmayacaq”, - o deyib.

Kristofer Stil Vladimir Putinin öldürülə biləcəyi ehtimalını da irəli sürüb.

“Düşünürəm ki, o, rəhbərlikdən uzaqlaşdırıla bilər və ya hətta öz adamları tərəfindən öldürülə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!